Bakı buxtasının, Xocəsən, Qırmızı, Qu və Lökbatan göllərinin ekoloji vəziyyəti yaxşılaşdırılması ilə bağlı layihəyə başlanılır.
Yurd.Media xəbər verir ki, Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sular üçün sutəmizləyici qurğu tikilir.
Ümumi uzunluğu 23 kilometr olan Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun tikintisi, məhsuldarlığı gün ərzində 100 000 kubmetr olan tullantı sutəmizləyici qurğunun qurulması nəticəsində bir sıra qəsəbələrin kanalizasiya təchizatı təmin ediləcək. Həmçinin bu işlər çərçivəsində Bakı buxtasının, Xocəsən, Qırmızı, Qu və Lökbatan göllərinin ekoloji vəziyyəti yaxşılaşdırılacaq. Lökbatan tullantı sutəmizləyici qurğusu layihəsi birinci mərhələdə Xocəsən, Sulutəpə, Şonqar, Lökbatan Yasamal, Badamdar, Bayıl, Bibiheybet massivlərini əhatə edəcək.
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sular üçün sutəmizləyici qurğunun tikinti layihəsinə 2025-ci ildə başlanılıb və 2028-ci ildə tamamlanması nəzərdə tutulur.