Anbarlardan qəbul edilən suyun miqdarını artırmaq və sutəmizləyici qurğuların məhsuldarlığının artırmaq məqsədi ilə texniki işlər icra edilir.
Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) Yurd.Media-ya bildirilib ki, görülən işlər çərçivəsində Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb.
"Nəticədə müxtəlif rayonların ərazilərində suyun verilmə saatlarında 2-3 saatlıq azalmalar tətbiq olunur. Su təminatındakı fasilələrə görə abonentlərdən üzr istəyirik".