SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Gəncədən Qəbələyə avtobus marşrutunu həyata keçirəcək şəxs seçilib

Gəncədən Qəbələyə avtobus marşrutunu həyata keçirəcək şəxs seçilib

  • 01 iyun 2026, 21:17
Gəncə

Bakıətrafı ərazilərdə 3, həmçinin bölgələrdə 1 avtobus marşrutlarının həyata keçirilməsi üzrə müsabiqə yekunlaşıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Yurd.Media-ya bildirilib ki, Bakıda 107, 107A, 117 nömrəli şəhərətrafı və Qəbələ–Gəncə şəhərlərarası avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.

Məlumata görə, Buzovna qəsəbəsini "Koroğlu" NMM-lə əlaqələndirən 107 və Maştağa qəsəbəsini "Koroğlu" NMM-lə əlaqələndirən 107A nömrəli şəhərətrafı avtobus marşrutları üzrə hüquqi şəxs "Çinar-Trans" MMC, Biləcəri qəsəbəsini "Sədərək" ticarət mərkəzi ilə əlaqələndirən 117 nömrəli şəhərətrafı avtobus marşrutu üzrə hüquqi şəxs "Bus Service" MMC, Qəbələ–Gəncə marşrutu üzrə fiziki şəxs Hüseynov Araz İmran oğlu qalib elan olunublar.

Müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun təşkil olunur.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları