Bakıdan Türkiyənin Qars şəhərinə tikilən dəmir yolu nümayiş olunub.
Azərbaycan Dəmir Yollarından (ADY) Yurd.Media-ya bildirilib ki, BTQ dəmir yolu xətti haqqında yeni film hazırlanıb.
"BTQ – Avropa və Asiyanı birləşdirən meqa layihə” filmi bu strateji marşrutun əhəmiyyəti, potensialı və həyata keçirilən yeniliklərdən bəhs edir.
ADY tərəfindən Orta Dəhlizin mühüm seqmenti olan Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin modernləşdirilməsindən sonra regionun nəqliyyat xəritəsində yeni imkanlar yaranıb.