SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Şuşaya çəkilən yeni maqistral yol üçün rüsumlar - CƏDVƏL

Şuşaya çəkilən yeni maqistral yol üçün rüsumlar - CƏDVƏL

  • 01 iyun 2026, 22:02
Şuşa

Şuşaya çəkilən yeni maqistral yol üçün rüsumlar açıqlanıb.

Yurd.Media xəbər verir ki, yeni tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu ilə nəqliyyat vasitələrinin gedişi üçün ödənişin məbləği təsdiqlənib.

Tarif Şurasının sədri Mikayıl Cabbarovun imzaladığı Qərara görə, yeni tikilən 81,7 kilometrlik Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun ödənişli avtomobil yolu kimi müəyyən edilmiş 81,3 kilometrlik hissəsi ilə nəqliyyat vasitələrinin gedişi üçün ödənişin məbləği təsdiqlənib (əlavə olunur).

Bu Qərar Azərbaycan qanunları, Prezidentin və Nazirlər Kabinetinin aktları ilə ödənişli avtomobil yolu ilə gediş üçün ödənişdən azad edilən nəqliyyat vasitələrinə şamil olunmur.

Qərar 2026-cı il 2 iyun tarixindən qüvvəyə minir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları