Bakı Dairəvi Yolunda yaranan nasazlıq sürücülərə ciddi maddi ziyan vurur.
Yurd.Media xəbər verir ki, asfalt örtüyünün ortasından çıxan dəmirlər hərəkətdə olan avtomobillərin təkərlərini sıradan çıxarıb.
Hadisə ilə üzləşən sürücü Əmrah Mirzəyev "Xəzər Xəbər"ə bildirib ki, hərəkətin intensiv olduğu bu yolda yaranan vəziyyət qəza riskini də artırır.
Sürücü qeyd edib ki, bu, həmin yolda onun başına gələn ikinci belə hadisədir. Gündəlik gəliri avtomobilindən asılı olan vətəndaş dəyən maddi ziyanın onu çətin vəziyyətdə qoyduğunu vurğulayıb.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ünvanlanan sorğu cavabsız qalıb.