SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Leysan dağıdan yola görə avtomobillər Daşkəsən-Xoşbulaq yoluna yönəldilib

Leysan dağıdan yola görə avtomobillər Daşkəsən-Xoşbulaq yoluna yönəldilib

  • 15 iyun 2026, 18:47
Daşkəsən

Daşkəsənin kəndlərinə aparan yolun leysan nəticəsində dağılması ilə bağlı iş aparılır. 

Daşkəsən rayonunda güclü yağışların və sel sularının yaratdığı fəsadlar nəticəsində çökən Daşkəsən-Əmirvar-Qabaqtəpə yolu nəzarətə götürülüb.

Yurd.Media xəbər verir ki, bununla bağlı Oxu.Az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli məlumat verib.

O bildirib ki, sözügedən yolda suötürücü borunu sel suları yuyaraq dağıdıb:

"Suötürücüsünün bərpası istiqamətində iş aparılır. Qısa müddətdə həmin hissə üzrə hərəkət bərpa olunacaq. Hazırda nəqliyyat vasitələri Daşkəsən-Xoşbulaq yoluna yönəldilib, oradan hərəkət axını təmin olunur".

Xatırladaq ki, hadisə iyunun 14-ü qeydə alınıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları