Şuşa şəhərində daha 14 binanın tikintisinə 37 milyon manat xərclənəcək.
Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi "Diler İnşaat" şirkəti ilə yeni müqavilələr bağlayıb.
Müqavilələrdə şəhərdə yaşayış binalarının tikinti işlərinin satınalınması nəzərdə tutulub.
Belə ki, müqavilənin biri D-5 massivində ikinci mərhələ üzrə 8 ədəd (9, 10, 11, 12, 13, 14, 15 və 16 nömrəli binalar xidmətedici və yardımçı (köməkçi) təyinatlı obyektlər, abadlıq və s.) 4 mərtəbəli yaşayış binalarının tikinti işlərinin, digəri isə həmin massivdə birinci mərhələdə 6 ədəd (1, 2, 3, 4, 5 və 6 nömrəli binalar) 4 mərtəbəli yaşayış binalarının tikinti işlərinin satınalınmasından ibarətdir.
Müqavilələrin ümumi maliyyə dəyəri 37 milyon manat müəyyənləşib.