Nasos stansiyalarının və sututarlarının tikintisi ilə əlaqədar torpaq sahiblərinə ödəniş olunacaq.
Yurd.Media "Plat.az"ə istinadən xəbər verir ki, dövlət və xüsusi mülkiyyətə aid torpaq sahələrinin ayrılması və tikinti altına düşən torpaq sahələri üzrə mülkiyyətçilərə dəyən zərərin kompensasiyasının hesablanması üçün qiymətləndirmə işlərinə başlanılıb.
Belə ki, Bakı, Salyan şəhərləri və Xaçmaz rayonunda bir sıra tikinti layihələrinin altına düşən torpaq sahələrinin mülkiyyətçilərinə dəyən zərərə görə kompensasiya hesablanacaq.
Böyükşor Tullantı Sutəmizləyici Qurğusunun tikintisi, Salyan şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı 11 ədəd tullantı su nasos stansiyasının tikintisi, Xaçmaz rayonunda əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün 6 ədəd kiçik sututarın tikintisi layihələrinin altına düşən torpaq sahələri mülkiyyətçilərinə dəyən zərərə görə kompensasiya veriləcək.
Kompensasiyanın verilməsi həm xüsusi, həm də bələdiyyət mülkiyyətində olan torpaqlara görə hesabalanacaq.