Bu ilin yanvar-iyun aylarında Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidən qurulmasına və bərpasına 1,1 milyard manat xərclənib.
Bu barədə Yurd.Media-ya Maliyyə Nazirliyindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31,5% azdır.
Hesabat dövründə Qarabağ və Şərqi Zəngəzura xərcləmələr nəzərdə tutulmuş vəsaitin 30%-i qədər olub.