SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Metroda gediş haqqının üztanıma ilə ödənişi mümkün olacaq  - Qurum rəsmisi

"Metroda gediş haqqının üztanıma ilə ödənişi mümkün olacaq " - Qurum rəsmisi

Bakı

"Bakı metropolitenində plastik kartlar və QR bilet sistemi ilə ödənişlər aparılır, həmçinin rəqəmsal həllərin genişləndirilməsi günün zəruri tələbinə çevrilib". 

Yurd.Media xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin sədrinin müşaviri Emil Əhmədov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, təmassız ödəniş üsullarının tətbiqi məqsədilə aidiyyəti qurumlarla intensiv işlər davam etdirilir:

"Hədəf bank kartları, "Google Pay" və "Apple Pay" kimi ödəmə imkanlarının yaradılmasıdır".

O, həmçinin qeyd edib ki, Bakı metropolitenində gediş haqqının ödəniş üsullarının genişləndirilməsi istiqamətində işlər aparılır.

Qurum rəsmisinin sözlərinə görə, gediş haqqının ödənilməsində biometrik (üztanıma) sistemin metro nəqliyyatında tətbiqi gələcəkdə mümkün hesab olunur: "Lakin hazırda bu məsələnin aktuallığı yalnız gələcək planların, texniki həllərin müzakirələri, habelə bu texnologiyaların ölkəmizdə genişlənməsinin və dünya təcrübəsinin diqqət mərkəzində saxlanılması və öyrənilməsi çərçivəsində mövcuddur".

Prime Leasing