SÜJET

Bank Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Kiberdələduzluq
İctimai nəqliyyatda aylıq və illik gediş haqqı paketlərinin tətbiqi təklif olunur

İctimai nəqliyyatda aylıq və illik gediş haqqı paketlərinin tətbiqi təklif olunur

İctimai nəqliyyatda aylıq və illik gediş haqqı paketlərinin tətbiqi iqtisadi cəhətdən vətəndaşa yararlı olacaq.

Bunu Yurd.Media-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.

Onun sözlərinə görə, aylıq paketin qiyməti vətəndaşın bir ay ərzində ictimai nəqliyyata xərclədiyi puldan nisbətən az olacaq:

"Burada depozitin formalaşması da mexanizmin üstün cəhətidir. Birillik kartlarda isə, vətəndaş büdcəsinə daha çox qənaət etmiş olacaq".

Deputat vurğulayıb ki, bu gün özəl şirkətlərə məxsus nağd ödənişlə işləyən avtobuslar var və onlara kartla ödəniş sisteminə keçməsi üçün tapşırıqlar verilib:

"Ya köhnə avtobuslara kartla işləyən cihazlar quraşdırılmalı ya da onlar yeni - kart sistemi olan avtobuslarla əvəzlənməlidir".

A. Mirzəzadə bildirib ki, sistemin tam formalaşmasından sonra güzəşt məsələlərinə baxmaq olar:

"Hesab edirəm ki, bu istiqamətdə işlər sürətlənməlidir. Bu model vətəndaşlara nə qədər tez təklif olunarsa, bir o qədər yaxşıdır. Hal -hazırda bu istiqamətdə iş gedir".

Milli Məclisin deputatı Aydın MirzəzadəMilli Məclisin deputatı Aydın Mirzəzadə

A.Mirzəzadə qeyd edib ki, təqaüdçülərin ictimai nəqliyyatdan istifadəsində güzəştlərin tətbiqi zəruridir:

"Bilirik ki, onların mütləq əksəriyyəti yalnız təqaüdlə dolanır. Kommunal xərclərin azaldılması istiqamətində olan bu addım təqdirəlayiqdir".

Deputatın fikrinə görə, tələbənin də təqaüdü az olduğu üçün eyni güzəştin tətbiq olunması lazımdır:

"Güzəştli gediş haqqının təhsil sektorunda çalışan şəxslərə tətbiq olunmasına gəlincə, sonrakı mərhələlərdə bunu həyata keçirtmək olar. Lakin nəzərə almaq lazımdır ki, təhsil sektorunda çalışanlar əmək haqqı alırlar. Maaş qarşılığında digər sektorda çalışanlar da belə güzəştdən yararlanmaq istəyəcəklər".

Prime Leasing