Cəbrayıla elektrik xəttləri çəkiləcək.
Bu barədə Yurd.Media-ya "Azərişıq" ASC-dən məlumat verilib.
Cəbrayıl rayonu Soltanlı, Sarıcallı, Maşanlı, BöyüK Mərcanlı və Karxunlu yaşayış məntəqələrinin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq yeni iki dövrəli ÖİN(SİP-3) elektrik veriliş xəttinin çəkilməsi işlərini "Harmony İndustrial Construction and Engineering Group" Məhdud Məsuliyyətli Cəmiyyəti görəcək.
Bu işlərə 5,4 milyon manat vəsaitin sərf olunacağı proqnozlaşdırılıb.