SÜJET

Böyük Qayıdış Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq
Maştağa-Zuğulba qatarları nə vaxt istifadəyə veriləcək?

Maştağa-Zuğulba qatarları nə vaxt istifadəyə veriləcək?

2025-2030-cu illər üçün Bakı şəhər istiqaməti üzrə ADY-nin fəaliyyəti ilə bağlı dövlət proqramı qəbul olunub. Plan üzrə 2030-cu ilədək Maştağa-Zuğulba istiqamətində hərəkət edən qatarlar da istifadəyə veriləcək.

Bunu Yurd.Media-nın sualını cavablandırarkən Azərbaycan Dəmir Yollarında Sərnişindaşımalar departamentinin rəisi Azər Fərəcov deyib.

Onun sözlərinə görə, həmin istiqamət üzrə gedişhaqqı məsələsi sonrakı mərhələdə müəyyənləşdiriləcək.

A.Fərəcov qeyd edib ki, bu proqram çərçivəsində 20 yeni qatar alınacaq.

Prime Leasing
SPE Annual Caspian