SÜJET

Ağ Evdə 8 avqust görüşləri Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq
Bakının 3 rayonunda qaz təchizatı dayandırılacaq

Bakının 3 rayonunda qaz təchizatı dayandırılacaq

  • 14 avqust 2025, 08:34
Bakı

Bu gün saat 10:00-dan etibarən Xəzər, Qaradağ və Səbail rayonları ərazisində qaz təchizatı dayandırılacaq.

Yurd.Media bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Məlumata görə, qaz təchizatında dayanma xətlərdə görüləcək təmir işləri ilə əlaqədardır.

Belə ki, təmir işləri aparılan müddətdə Xəzər rayonu üzrə Şüvəlan qəsəbəsinin və Gülçülük yaşayış massivinin, Qaradağ rayonu üzrə Puta qəsəbəsinin, Səbail rayonu üzrə isə Z.Yusifzadə, A.Məmmədov, L.Babayev, Ə.Nəzmi, A.Nəsirov, M.Useynov, Xanlar, S.Qədimova və A.Abbaszadə küçələrinin qaz təchizatında məhdudiyyət fasilə yaranacaq.

Prime Leasing