Paytaxtda daha bir metro stansiyası yerin üstündə yerləşəcək.
Yurd.Media "Oxu.Az"a istinadən xəbər verir ki, Bakıda üçüncü yerüstü metro stansiyasının istifadəyə veriləcəyi tarix məlum olub.
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, hazırda platformanın tikintisi yekunlaşmaq üzrədir, son mərhələdir:
"Platformanın tikintisi başa çatandan sonra digər işlərə başlanacaq. Stansiya 2028-ci ildə istifadəyə veriləcək".
Xatırladaq ki, yeni yerüstü stansiya metronun "yaşıl" xəttinin "Dərnəgül" deposunda yerləşir.
Qeyd edək ki, hazırda Bakıda "Bakmil" və "Xocəsən" yerüstü metro stansiyaları fəaliyyət göstərir.