SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Bakıda bu il açılışı baş tutacaq növbəti metro stansiyası bu ərazidə olacaq - VİDEO

Bakıda bu il açılışı baş tutacaq növbəti metro stansiyası bu ərazidə olacaq - VİDEO

  • 12 fevral 2026, 23:47
Bakı

Bakıda bu il açılışı baş tutacaq növbəti metro stansiyasında son tamamlanma işləri aparılır.

Yurd.Media xəbər verir ki, Tbilisi prospekti, Tibb Universiteti, Rusiya səfirliyi və Semaşko xəstəxanası kimi tanınan 1 saylı Kliniki Tibbi Mərkəzin yaxınlığında yeni metrostansiya tikilib. 

Sakinlər bildirdilər ki, illərdir təmiri gedən stansiyanın təhvil verilməsi onların hərəkətini xeyli rahatlaşdıracaq.

"Bakı Metropoliteni" QSC-dən "Xəzər Xəbər"ə bildirilib ki, b4 stansiyasının tikinti quraşdırma işləri hazırda iş qrafikinə uyğun sürətli şəkildə davam etdilir. 8 noyabr- b4 stansiyaları arasında ümumi uzunluğu 1690 metr olan mənzil tunelləri tam olaraq inşa edilib.

"Bakı Metropoliteni"ninin rəsmisi bildirdi ki, stansiyanın ilin sonuna qədər hazır olması və təhvil verilməsi nəzərdə tutulur.

Bakıda bu il açılışı baş tutacaq növbəti metro stansiyası bu ərazidə olacaq - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları