SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Növbəti köç karvanı Həsənriz kəndinə çatıb, açarlar təqdim olunub - YENİLƏNİB

Növbəti köç karvanı Həsənriz kəndinə çatıb, açarlar təqdim olunub - YENİLƏNİB

  • 24 iyul 2025, 14:28
Ağdərə

Tərtərdən yola salınan köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb, evlərin açarları təqdim olunub.

Yurd.Media xəbər verir ki, açarların təqdim edilməsi mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.

Kəndə köçürülən ailələr ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bununla da kəndə köçürülən ailələrin sayı 119-a (420 nəfər) çatıb.

*** 12:17

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Bu gün Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb.

Yurd.Media xəbər verir ki, bu gün Həsənriz kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə kənd 29 ailə - 114 nəfər köçürülür.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 mindən çox insan yaşayır.

Prime Leasing