SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Köç karvanı Ağdamın Xıdırlı kəndinə çatıb, açarlar təqdim olunub - YENİLƏNİB

Köç karvanı Ağdamın Xıdırlı kəndinə çatıb, açarlar təqdim olunub - YENİLƏNİB

  • 29 iyul 2025, 13:30
Ağdam

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Növbəti köç karvanı Ağdam rayonunun Xıdırlı kəndinə çatıb.

Yurd.Media xəbər verir ki, bu gün ümumilikdə 60 ailə olmaqla 236 nəfər öz dədə baba torpağına qayıdaraq yeni evlə təmin ediləcək.

Köç edən ailələr respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Xıdırlı kəndinə bu mərhələdə ümumilikdə 60 ailə 236 nəfər köçürülür ki, onlar Bərdə rayonundan 22 ailə olmaqla 101 nəfər, Bakı şəhərindən 20 ailə 73 nəfər, Ağdam rayonundan 7 ailə 20 nəfər, Mingəçevir şəhərindən 4 ailə 14 nəfər, Yevlax rayonundan 3 ailə 5 nəfər, Sumqayıt şəhərindən 1 ailə 6 nəfər, Abşeron rayonundan 1 ailə 3 nəfər, Ağcabədi rayonundan 1 ailə 2 nəfər, Qəbələ rayonundan 1 ailə 2 nəfər yeni ev sahibi olacaq.

Qeyd edək ki, bu köç də nəzərə alınmaqla Ağdam rayonunun Xıdırlı kəndinə cəmi 130 ailə 512 nəfər köçürülüb.

*** 

Ağdamın Xıdırlı kəndinə köç karvanı yola salınıb.

Yurd.Media xəbər verir ki, bu mərhələdə 60 ailə (236 nəfər) doğma yurduna qayıdıb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, kəndə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 50 mindən çox insan yaşayır.

Prime Leasing