SÜJET

Ramazan 2026 Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Qarabağ Kəpəzə, Neftçi İmişliyə qarşı

"Qarabağ" "Kəpəz"ə, "Neftçi" "İmişli"yə qarşı

  • 20 mart 2026, 13:21

Azərbaycan Premyer Liqasında XXV turun daha iki oyunu bu gün keçiriləcək.

Yurd.Media xəbər verir ki, ilk olaraq "Qarabağ" "Kəpəz"in qonağı olacaq.

Qarşılaşma Yevlax şəhər stadionunda, saat 15:00-da start götürəcək. "Qarabağ" 52 xalla 2-ci pillədə qərarlaşıb. Gəncə təmsilçisi 18 xalla 10-cu sıradadır.

Günün ikinci görüşündə "Neftçi" "İmişli"ni qəbul edəcək. Matç "Palm Sports Arena"da, saat 19:15-də başlayacaq. Bakı klubu 34 xalla 6-cıdır. Bölgə təmsilçisi 22 xalla 9-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Araz-Naxçıvan" "Şamaxı"nı (1:0), "Zirə" "Karvan-Yevlax"ı (1:0), "Sabah" isə "Sumqayıt"ı (3:1) məğlub edib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları