SÜJET

Ramazan 2026 Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Sabah çempionluq marşını davam etdirir

"Sabah" çempionluq marşını davam etdirir

  • 19 mart 2026, 22:51

"Sabah" futbol klubu Azərbaycan Premyer Liqasında çempionluq marşını davam etdirir.

Yurd.Media xəbər verir ki, bugün Premyer Liqanın XXV turu çərçivəsində "Sabah" "Sumqayıt"ı qəbul edib.

"Bank Respublika Arena"da təşkil olunan qarşılaşma Masazır təmsilçisinin inamlı qələbəsi ilə başa çatıb - 3:1

Baş hakim Rəvan Həmzəzadənin idarə etdiyi matçda hesabı 24-cü dəqiqədə meydan sahiblərinin futbolçusu Kahim Parris açıb. 49-cu dəqiqədə Coy-Lens Mikels "bayquşlar"ın ikinci, 71-də isə Velko Simiç üçüncü qolunu vurub.

"Kimyaçılar"ın yeganə qolunun müəllifi Simon Nsana olub. O, 90+2-ci dəqiqədə fərqlənib.

Bununla da turnir cədvəlinin lideri olan "Sabah" komandası xallarının sayını 62-yə çatdırıb. "Sumqayıt" 32 xalla yeddincidir.

Qeyd edək ki, turun digər oyunları 20-21 martda keçiriləcək.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları