SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Qurban Qurbanov Qarabağdan kimlərin gedəcəyi və kimlərin gələcəyi anonsunu verdi

Qurban Qurbanov "Qarabağ"dan kimlərin gedəcəyi və kimlərin gələcəyi anonsunu verdi

  • 21 iyun 2026, 16:26

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Leandro Andrade ilə Fabiyan Buntiçin Ağdam klubundan ayrılacağını qismən də olsa, təsdiq edib.

Yurd.Media xəbər verir ki, təcrübəli mütəxəssis iki futbolçu ilə bağlı suala "Qarşıdakı günlərdə hər şey ola bilər” cavabını verib.

Bundan başqa, Qurbanov komandadan yenə gedəcək futbolçuların olacağını istisna etməyib. Həmin futbolçular arasında Marko Yankoviçin də olduğu ehtimal edilir.

Bu arada, Kamilo Duranla Abdullah Zubirin komandada qalacağı dəqiqləşib.

Yenə transferlərə gəlincə, Qurban Qurbanov deyib:

"Say olaraq deyə bilmərəm, amma mövqe olaraq hələ bir neçə oyunçuya ehtiyacımız var. Hazırda gələn futbolçuların durumu pis deyil. Uyğunlaşmaq üçün bir az vaxta ehtiyacları ola bilər. Demək olar ki, hər mövqeyə oyunçu ilə danışıqlarımız gedir. Müdafiə, orta xətt və hücum xətti üçün futbolçularla danışıqlar aparılır. Bunu mütləq etməliyik”.//Xitab24.az

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları