AFFA ABŞ-də gənc futbolçuların inkişafı ilə bağlı sammitdə iştirak edir.
AFFA-nın mətbuat xidmətindən Yurd.Media-ya bildirilib ki, qurumun baş katibi Cahangir Fərəcullayev ABŞ-nin Mayami şəhərində keçirilən FIFA İcraedici Futbol Sammitinə qatılıb.
DÇ-2026 çərçivəsində təşkil olunan tədbir zamanı gənc futbolçuların inkişafı və strategiyaya həsr olunmuş rəsmi sessiyalar keçirilib, eləcə də, gələcək layihələr ətrafında fikir mübadiləsi aparılıb.