SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Prezident: Bu qələbənin komanda idman növündə qazanılması ikiqat sevindiricidir

Prezident: "Bu qələbənin komanda idman növündə qazanılması ikiqat sevindiricidir"

  • 05 iyun 2026, 10:44

Dövlət başçısı Azərbaycan millisini təbrik edib.

Yurd.Media xəbər verir ki, Prezident İlham Əliyev minifutbol üzrə Avropa çempionatının qalibi olan Azərbaycan milli komandasını təbrik edib, bununla bağlı dövlət başçısının sosial şəbəkə hesablarında paylaşım edilib.

"2022-ci ildə Avropa çempionu, 2025-ci ildə dünya çempionu olmuş Azərbaycan minifutbol millisi ölkəmizin idman tarixinə daha bir parlaq səhifə yazaraq növbəti dəfə Avropa çempionu oldu. Bu qələbənin komanda idman növündə qazanılması ikiqat sevindiricidir.

Komandamızı bu möhtəşəm qələbə münasibətilə səmimi-qəlbdən təbrik edir, millimizə yeni-yeni uğurlar arzulayıram", - paylaşımda qeyd olunub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları