Azərbaycanın minifutbol üzrə millisi növbəti dəfə Avropa çempionu adını qazanıb.
Yurd.Media xəbər verir ki, Slovakiyada keçirilən Avropa çempionatının final oyununda Azərbaycan və Ukrayna milliləri qarşılaşıblar.
Bratislavada "Tipos Arena"da keçirilən oyunda Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv 2:0 hesabı ilə qələbə qazanıb.
Xatırladaq ki, Azərbaycan millisi ötən gün əsas vaxtı 1:1 hesabı ilə bitən yarımfinal görüşünün penaltilər seriyasında Serbiya seçməsini üstələyib - 3:1. F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (3:2) məğlub edən komanda 1/8 finalda Qazaxıstanı (3:2), 1/4 finalda isə Çexiyanı (5:2) məğlub etmişdi.