SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
UEFA Azərbaycan klubu ilə bağlı sərt qərar verdi

UEFA Azərbaycan klubu ilə bağlı sərt qərar verdi

  • 03 iyun 2026, 12:05
Tovuz

2019-cu ildə I Divizionda çıxış edərkən danışılmış oyunlarla əlaqədar "Turan Tovuz"un 7 futbolçusuna bütün növ fəaliyyətlərinə qadağa qoyulması kluba baha başa gəlib. 

UEFA "Turan Tovuz" klubunun avrokubokların 2026/2027 mövsümündə iştirakına qadağa qoyub.

Yurd.Media xəbər verir ki, Tovuz təmsilçisi bu qərardan İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcək:

"2025/2026 mövsümündə bütün idman prinsiplərinə əməl edərək mövsümü 3-cü pillədə başa vurduq və haqqımız olan Konfrans Liqasında çıxış etmək hüququ qazandıq. UEFA İntizam Komitəsi klubumuzun kriteriyalara cavab verib-verməməsinə dair araşdırma aparıb. AFFA İntizam Komitəsinin 13 dekabr 2019-cu il tarixli qərarını əsas götürən qurum 2 iyun 2026-cı il tarixində klubumuzu 2026/2027 mövsümündə UEFA-nın idman yarışlarında iştirakdan kənarlaşdırılıb".

Klubun bəyanatında qeyd olunub ki, AFFA İntizam Komitəsi tərəfindən 2019/2020 mövsümündə I Divizionda çıxış edən komandanın 7 futbolçusuna futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulmuşdu:

"Bildirmək istəyirik ki, klubumuz tərəfindən qərarın dəyişdirilməsi və bütün idman prinsipləri qorunaraq vəsiqə qazandığımız Konfrans Liqasında iştirakımızın təmin edilməsi üçün bu gündən etibarən bütün hüquqi addımlar atılacaq və İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət olunacaq. Əlavə olaraq bildiririk ki, UEFA Konfrans Liqasına hazırlıq planlarımızda hər hansı dəyişiklik yoxdur. Bu ay komanda üzvləri toplanacaq və Türkiyəyə təlim-məşq toplanışına yollanacaq".

Qeyd edək ki, 2019-cu ildə I Divizionda çıxış edərkən danışılmış oyunlarla əlaqədar "Turan Tovuz"un 7 futbolçusu - Sənan Qocayev, Misir Rüstəmov, Emin Bağırov, İlkin Sadıqov, Rüfət Məmmədov, Eltay Tağıyev və Şahin Quluzadənin futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları