Azərbaycanın minifutbol millisi Avropa çempionatında yarımfinala yüksəldi.
Yurd.Media xəbər verir ki, Slovakiyada keçirilən turnirin dörddəbir final matçında Çexiya millisi ilə qarşılaşan Azərbaycan futbolçuları 5:2 hesablı qələbə qazanıblar. Komandanın qollarını Eşqin Tağıyev (2), Təmkin Xəlilzadə, Ramiz Çovdarov və Məhəmməd Xəlilov vurublar.
Avropa Çempionatının yarımfinalında millimiz Serbiya komandası ilə qarşılaşacaq. Serblər dörddəbir finalda Rumıniyanı 6:4 hesabı ilə məğlub ediblər.
Bu mərhələnin digər oyunlarında Ukrayna millisi Gürcüstanı, Macarıstan isə Bolqarıstanı eyni hesabla - 4:0 məğlub edərək yarımfinala yüksəliblər.