SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Avropa çempionları yurda qayıtdı

Avropa çempionları yurda qayıtdı

  • 05 iyun 2026, 20:42

Ukraynanı finalda məğlub edərək ikinci dəfə Avropa çempionu adını qazanan minifutbol millimizin heyəti Bakıya dönüb.

Yurd.Media xəbər verir ki, tarixində ikinci dəfə Avropa çempionu adını qazanaraq qızıl medalla ölkəmizə dönən yığma Heydər Əliyev Beynəlxalq Aeroportunda böyük coşqu ilə qarşılanıb.

Qarşılanma mərasimində azarkeşlər, idman ictimaiyyətinin nümayəndələri, federasiya rəsmiləri, futbolçuların yaxınları və media nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, Elşad Quliyevin başçılıq etdiyi komanda qitə çempionluğu uğrunda görüşdə Ukrayna seçməsini sınağa çəkib. Rəqibini 2:0 hesabı ilə məğlub edən Azərbaycan millisi Avropa çempionu olub.

Yığmamız 2022-ci ildə də qitənin ən güclüsü olmuşdu.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları