SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Azərbaycan minifutbolçularının qələbə marşı davam edir

Azərbaycan minifutbolçularının qələbə marşı davam edir

  • 02 iyun 2026, 08:58

Azərbaycanın minifutbol üzrə milli komandası Avropa çempionatında qələbələrini sıralayır.

Yurd.Media xəbər verir ki, Slovakiyada keçirilən Avropa çempionatının 1/8 finalında milli Qazaxıstan seçməsi ilə üz-üzə gəlib.

"Tipos Arena"da keçirilən qarşılaşma 3:2 hesabı ilə bitib. Komandanın qollarına Rəvan Kərimov, İsa Atayev və Məhəmməd Xəlilov imza atıblar.

Günün digər görüşlərində Rumıniya millisi Avstriyanı (7:0), Serbiya Yunanıstanı (4:2), Çexiya isə Monteneqronu (2:0) məğlub edib.

1/4 final cütləri aşağıdakı kimi formalaşıb:

Macarıstan - Bolqarıstan

Gürcüstan - Ukrayna

Rumıniya - Serbiya

Çexiya - Azərbaycan

Qeyd edək ki, 1/4 final mərhələsinin oyunları iyunun 2-də baş tutacaq.

Xatırladaq ki, Azərbaycan millisi F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransaya (3:2) qalib gələrək lider bitirmişdi.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları