SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
İlham Əliyev çempion minifutbolçuları mükafatlandırdı

İlham Əliyev çempion minifutbolçuları mükafatlandırdı

  • 05 iyun 2026, 16:34

Ötən gün ikiqat Avropa Çempionu adını qazanan Azərbaycan minifutbolçuları dövlət başçısı tərəfindən mükafatlandırılıb.

Yurd.Media xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan Minifutbol Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan milli yığma komandasının 2026-cı il minifutbol üzrə Avropa çempionu olması ilə əlaqədar Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etmək və Nazirlər Kabineti də bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları