Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.
AFFA-dan Yurd.Media-ya bildirilib ki, o, UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək "Jelezniçar" (Pançevo, Serbiya) - "Braqa" (Portuqaliya) oyununun hakim-inspektoru olacaq.
Qarşılaşma iyulun 22-də, Pançevo şəhərində yerləşən "Mladost" stadionunda baş tutacaq.