SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Daha 3 rayonda yeni Sağlam məhəllə idman zonaları istifadəyə verilib

Daha 3 rayonda yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib

  • 18 iyul 2026, 12:43

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən həyata keçirilən "Sağlam məhəllə" layihəsi çərçivəsində növbəti idman zonaları iyulun 16-da Zərdab və Ucar şəhərlərində, iyulun 17-də isə Kürdəmirdə istifadəyə verilib.

Gənclər və İdman Nazirliyindən Yurd.Media-ya bildirilib ki, "Sağlam məhəllə"də minifutbol və basketbol meydançaları, stolüstü tennis və şahmat guşələri, həmçinin açıq havada istifadə üçün trenajor qurğuları quraşdırılıb.

Açılış mərasimində iştirak edən gənclər və idman naziri Fərid Qayıbov idman qurğularında məşq edən uşaqlarla və məhəllə sakinləri ilə söhbət edib.

Qeyd edək ki, indiyədək ölkənin müxtəlif şəhər və rayonlarında ümumilikdə 25 "Sağlam məhəllə" layihəsi icra olunub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları