SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Azərbaycan çempionunun növbəti sınağı

Azərbaycan çempionunun növbəti sınağı

  • 14 iyul 2026, 09:02

Azərbaycanın futbol üzrə çempionu səfər qarşılaşmasına çıxır.

Yurd.Media xəbər verir ki, bu gün UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində təmsilçimiz "Sabah" klubu səfərdə Uelsin TNS komandası ilə qarşılaşır.

Osvestri şəhərindəki "Park Hall" stadionunda keçiriləcək görüş saat 21:30-da başlayacaq.

Qeyd edək ki, tərəflər arasında keçirilən ilk qarşılaşma təmsilçimizin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu cütün qalibi Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Vardar" (Makedoniya) - "KuPS" (Finlandiya) cütünün qalibi ilə qarşılaşacaq.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları