SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Azərbaycanlı gənc futbolçu Albaniya klubunda

Azərbaycanlı gənc futbolçu Albaniya klubunda

  • 11 iyul 2026, 09:27

Azərbaycanlı futbolçu Kamil Sadıqov Albaniyanın Kavaya şəhərini təmsil edən "KS Besa Kavaya" klubu ilə peşəkar müqavilə imzalayıb.

Yurd.Media xəbər verir ki, gənc futbolçu Albaniya klubunda mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edəcək.

Qeyd edək ki, Kamil Sadıqov futbolçu kimi Azərbaycanın aparıcı futbol akademiyalarından biri olan "Qarabağ"ın aşağı yaş qruplarında yetişib. O, "Qarabağ"ın U-19 komandasının kapitanı olub, daha sonra klubun əvəzedici heyətinə də cəlb edilib.

"KS Besa Kavaya" isə Albaniya futbolunun tarixi komandalarından biridir. Əsası 1925-ci ildə qoyulan klub müxtəlif dövrlərdə ölkə kubokunda uğurlar qazanıb və Avropa klub turnirlərində iştirak edib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları