SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Qubada “Gilas yarım marafonu” - FOTO

Qubada “Gilas yarım marafonu” - FOTO

Quba

Quba rayonunun Səbətlər kəndində “Gilas yarım marafonu” adlı qaçış yarışı keçirilib.

Yurd.Media xəbər verir ki, marafonda müxtəlif yaş qruplarından olan iştirakçılar qüvvələrini sınayıblar. Yarış iştirakçıları seçimlərinə uyğun olaraq 10 kilometr və ya 21 kilometr məsafəni qət ediblər.

Gərgin mübarizə şəraitində keçən yarışın sonunda qaliblər müəyyənləşdirilib. Fərqlənən iştirakçılar medal, diplom və müxtəlif hədiyyələrlə təltif olunublar.

Tədbirin əsas məqsədi sağlam həyat tərzinin təbliği, idmana marağın artırılması və regionlarda idmanın inkişafına dəstək göstərilməsi olub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları