SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Abituriyentlər ümumi fiziki hazırlıq imtahanı veriblər

Abituriyentlər ümumi fiziki hazırlıq imtahanı veriblər

Bakı

İdman istiqamətinin 62-ci (ümumi fiziki hazırlıq, adaptiv bədən tərbiyəsi və kütləvi sağlamlaşdırıcı idman) komissiyası üzrə bugün Tofiq Bəhramov adına Respublika Stadionunda açıq ümumi fiziki hazırlıq imtahanı baş tutub.

Yurd.Media xəbər verir ki, imtahan zamanı iştirakçılar müxtəlif fiziki normativləri yerinə yetiriblər. Abituriyentlər 100 metr məsafəyə sprint qaçışı, 1000 metr məsafəyə kross qaçışı, hündür turnikdə dartınma və yerindən uzunluğa tullanma üzrə öz fiziki hazırlıq səviyyələrini nümayiş etdiriblər.

Qeyd edək ki, ümumi fiziki hazırlıq imtahanları xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən namizədlərin fiziki göstəricilərinin qiymətləndirilməsi məqsədilə keçirilir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları