SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Sabah” finlandiya çempionuna minimal hesabla qalib gəldi

"Sabah” finlandiya çempionuna minimal hesabla qalib gəldi

  • 21 iyul 2026, 22:02

Futbol üzrə Azərbaycan çempionu Avropa arenasında növbəti oyununa çıxıb.

Yurd.Media xəbər verir ki, UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin ilk oyununda "Sabah” öz meydanında Finlandiya çempionu "KuPS"u qəbul edib. 

Masazırdakı "Bank Respublika Arena"da keçirilən matçda "bayquşlar" 1:0 hesablı qələbəyə seviniblər.

Qolu 45+1-ci dəqiqədə Velko Simiç vurub.

Tərəflər arasında cavab oyunu bir həftə sonra Finlandiyada keçiriləcək. 

Qeyd edək ki, bu cütdə mərhələ adlayacaq tərəf Çempionlar Liqasının III təsnifat mərhələsində "Orhus" (Danimarka) - "Lex" (Polşa) cütünün qalibi ilə qarşılaşacaq.

Uduzan tərəf isə UEFA Avropa Liqasının III təsnifat mərhələsində "Levski" (Sofiya, Bolqarıstan) - "Universitatya" (Krayova, Rumıniya) duelinin məğlubu ilə üz-üzə gələcək.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları