SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinat alıb

Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinat alıb

  • 19 iyul 2026, 20:01

FIFA referisi Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinat alıb.

AFFA-dan Yurd.Media-ya bildirilib ki, o, qadın futbolçular arasında UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin 2 oyununda fəaliyyət göstərəcək.

F.Lütfəliyeva bu mərhələnin 5-ci qrupunun yarımfinalında “Flora” (Estoniya) – “Mgar Yunayted” (Malta) matçını idarə edəcək. Digər referimiz Gülnurə Əkbərzadə iyulun 22-dəki görüşün yan xətt hakimi olacaq.

Fəridə Lütfəliyeva “Flora” – “Mgar Yunayted” qarşılaşmasının qalibinin iyulun 25-də finalda Slovakiyanın “Spartak Miyava” klubuna qarşı keçirəcəyi oyunun isə ehtiyat hakimi olacaq.

Oyunlar Slovakiyanın Miyava şəhərində yerləşən “Spartak Miyava” stadionunda keçiriləcək.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları