"Qarabağ" Moldova və ya İsrail klubu ilə qarşılaşa bilər.
Yurd.Media xəbər verir ki, “Qarabağ” komandasının UEFA Avropa Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.
Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv II təsnifat mərhələsində Bolqarıstanın ÇSKA (Sofiya) klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə “Şerif” (Moldova) – “Makkabi” (Təl-Əviv, İsrail) cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, UEFA Avropa Liqasında III təsnifat mərhələsinin matçları 6 və 13 avqust tarixlərində keçiriləcək.