Bakının daha bir stadionunun ot örtüyü təbii olacaq.
AFFA-nın mətbuat xidmətinədən Yurd.Media-ya bildirilib ki, “Liv Bona Dea Arena”da ot örtüyünün yenilənməsi işləri plan üzrə davam etdirilir.
Qeyd edək ki, hibrid tikişli (Hybrid stitched) texnologiya əsasında hazırlanan yeni örtük təxminən 95 faiz təbii ot və 5 faiz sintetik lifdən ibarətdir. Bu texnologiya futbol kimi yüksək intensivlikli idman növlərində örtüyün zədələnməsinin qarşısını alır.
Görülən işlər ot örtüyünün keyfiyyətinin yüksəldilməsi, dayanıqlılığının artırılması və beynəlxalq standartlara daha da uyğunlaşdırılması məqsədi daşıyır.
