SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Azarkeşlər üçün Avropa çempionları ilə görüş imkanı

Azarkeşlər üçün Avropa çempionları ilə görüş imkanı

  • 07 iyun 2026, 15:51
Bakı

Slovakiyanın paytaxtı Bratislavada keçirilmiş minifutbol üzrə Avropa çempionatının qalibi olan Azərbaycan milli komandası bu gün azarkeşlərlə bir araya gələcək.

Azərbaycan Minifutbol Federasiyasından Yurd.Media-ya bildirilib ki, komanda üzvləri saat 17:30-da Qənimətlər Parkının qarşısında toplaşacaq. Sonra onlar üçün ayrılmış xüsusi avtobusla şəhər turuna çıxaraq çempionluq sevincini azarkeşlərlə bölüşəcəklər.

Xatırladaq ki, Azərbaycanın minifutbol millisi Avropa çempionatının finalında Ukrayna yığmasını 2:0 hesabı ilə məğlub edib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları