Azərbaycan Premyer Liqasının XXIV turunda qərb derbisi baş tutub.
Yurd.Media xəbər verir ki, Yevlax şəhər stadionunda qarşılaşan "Kəpəz" və "Turan Tovuz" kollektivlərinin duelində qalib müəyyənləşməyib.
Hesabı ev sahiblərindən 55-ci dəqiqədə Rəhman Hacıyev açıb. Qonaqların bərabərlik qolunu isə 61-ci dəqiqədə Joarlem Santos vurub.
Bu turdan sonra avrokuboklara iddialı "Turan Tovuz" 45 xalla turnir cədvəlinin üçüncü sırasında qərarlaşıb. 17 xala malik "Kəpəz" isə onuncudur.
Qeyd edək ki, daha əvvəl keçirilən görüşlərdə "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı (2:1), "Şamaxı" "Sumqayıt"ı (1:0), "Sabah" "İmişli"ni (5:0), "Qarabağ" "Zirə"ni (3:1) məğlub edib.