“Araz-Naxçıvan” klubu Peşəkar Futbol Liqasına (PFL) rəsmi müraciət edərək komandanın ev oyunlarını keçirdiyi “Liv Bona Dea Arena”da əsaslı təmir işlərinin aparılacağını bildirib.
Yurd.Media xəbər verir ki, bununla əlaqədar olaraq klub PFL-ə alternativ stadion kimi Sumqayıt şəhərində yerləşən “SOCAR Polymer Arena”nı təqdim edib.
PFL-nin qərarına əsasən “Araz-Naxçıvan” 17-19 aprel tarixlərində baş tutacaq "Turan Tovuz" ilə oyundan etibarən mövsümün sonuna qədər ev oyunlarını həmin arenada keçirəcək.
Qeyd edək ki, daha əvvəl “Turan Tovuz” doğma stadionunda meydançanın hazır olmadığı üçün ev oyunlarını Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirəcəyini açıqlamışdı.