SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
“Karvan-Yevlax” və “Sumqayıt” sülhlə ayrıldı

“Karvan-Yevlax” və “Sumqayıt” sülhlə ayrıldı

  • 07 mart 2026, 19:22

Azərbaycan Premyer Liqasının XXIII turunda “Karvan-Yevlax” və “Sumqayıt” komandaları üz-üzə gəlib.

Yurd.Media xəbər verir ki, Yevlax şəhər stadionunda baş tutan qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Baş hakim Əli Əliyevin idarə etdiyi görüşdə ilk qolu 51-ci dəqiqədə penaltidən qonaqların oyunçusu Səbuhi Abdullazadə vurub. Matçın 90+4-cü dəqiqəsində isə Coy-Slayd Mikels hesabı bətabərləşdirib.

Bu nəticədən sonra “kimyaçılar” 32 xalla turnir cədvəlinin 6-cı pilləsində, Füzuli Məmmədovun komandası isə 8 xalla sonuncu pillədə qərarlaşıb.

Qeyd edək ki, tura martın 10-da yekun vurulacaq.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları