SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Qarabağdan möhtəşəm geridönüş

"Qarabağ"dan möhtəşəm geridönüş

  • 01 mart 2026, 20:57

Azərbaycan Premyer Liqasının XXII turunda bugün iki oyun keçirilib.

Yurd.Medi xəbər verir ki, əvvəlcə “Turan Tovuz” və “İmişli” komandaları üz-üzə gəlib.

“Azersun Arena”da baş tutan qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.

Bu nəticədən sonra Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv 41 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Jorj Kaşkilyanın komandası isə 21 xalla 9-cu sırada yer alıb.

Günün növbəti matçında “Qarabağ” “Sabah”ı qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda 3:3 hesablı heç-heçə qeydə alınıb.

"Sabah"dan qolları Xəyal Əliyev (13), Aaron Maluda (54), Coy Lens Mikels (60) rəqib qapısından keçiriblər. "Qarabağ"ın heyətində isə Pedro Bikalyo (73), Kevin Medina (78), Musa Qurbanlı (84) fərqləniblər.

Bu nəticədən sonra xallarının sayını 53-ə çatdıran "Sabah" turnir cədvəlinə başçılıq edir. 46 xala malik "Qarabağ" isə ikinci pillədə qərarlaşıb.

Qeyd edək ki, turun daha əvvəl keçirilmiş matçlarında "Kəpəz" "Sumqayıt"ı (3:0), "Zirə" "Araz-Naxçıvan"ı (1:0) məğlub edib. "Neftçi" - "Şamaxı" (2:2) və "Qəbələ" - "Karvan-Yevlax" (1:1), "Turan Tovuz" - "İmişli" (0:0) görüşlərində isə qalib müəyyənləşməyib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları