SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Sabahdan növbəti qələbə

"Sabah"dan növbəti qələbə

  • 22 fevral 2026, 20:57

Azərbaycan Premyer Liqasının XXI turunda daha iki oyun keçirilib.

Yurd.Media xəbər verir ki, Quba Olimpiya İdman Kompleksinin stadionunda "İmişli" ilə qarşılaşan "Şamaxı" heç-heçəyə razılaşıb.

Matçda qapılara qol vurulmayıb. Meydan sahibləri 20 xalla 9-cu, "Şamaxı" 25 xalla 8-ci pillədə qərarlaşıb.

Günün ikinci oyununda "Sabah" "Kəpəz"i qəbul edib.

"Bank Respublika Arena"dakı qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 1:0.

88-ci dəqiqədə Kahim Parris fərqlənib.

Xallarının sayını 52-yə çatdıran Bakı klubu liderdir. Gəncə təmsilçisi 13 xalla 11-ci sıradadır.

Qeyd edək ki, XXI turun əvvəlki matçlarında "Turan Tovuz" "Zirə"ni, "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı (hər ikisi 2:0) məğlub edib. "Sumqayıt" - "Qəbələ" qarşılaşması qolsuz başa çatıb. Turun "Neftçi" - "Qarabağ" oyunu isə qeyri-müəyyən müddətə təxirə salınıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları