Şahmat üzrə Azərbaycan çempionatında final mərhələsinin cavab görüşləri keçirilib.
Yurd.Media xəbər verir ki, cavab oyunlarında rəmzi ilk gedişi gənclər və idman naziri Fərid Qayıbov edib.
Şəhriyar Məmmədyarov - Məhəmməd Muradlı mübarizəsində cavab oyunu həlledici olub.
Ağ fiqurlarla çıxış edən M.Muradlı gərgin görüşdə qalib gəlib. İki görüşün yekun nəticəsinə əsasən 1,5-0,5 hesabıyla qələbə qazanan M.Muradlı Azərbaycan çempionu tituluna sahib çıxıb.
Yarışın reytinq favoriti Ş.Məmmədyarov ardıcıl ikinci il finalda uduzaraq gümüş medalla kifayətlənib.