SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
İmişli Şamaxını,  Sabah Kəpəzi qəbul edir

"İmişli" "Şamaxı"nı, "Sabah" "Kəpəz"i qəbul edir

  • 22 fevral 2026, 11:11
İmişli

Azərbaycan Premyer Liqasının XXI turunda daha iki oyun bu gün keçiriləcək.

Yurd.Media xəbər verir ki,  ilk olaraq "Şamaxı" "İmişli"nin qonağı olacaq.

Quba Olimpiya İdman Kompleksinin stadionundakı matç saat 14:30-da start götürəcək.

Meydan sahibləri 19 xalla 9-cu, "Şamaxı" 24 xalla 8-ci pillədə qərarlaşıb.

Günün ikinci görüşündə "Sabah" "Kəpəz"i qəbul edəcək. "Bank Respublika Arena"kı oyun saat 17:00-da start götürəcək. Bakı klubu 49 xalla vahid liderdir. Gəncə təmsilçisi 13 xalla 11-ci sıradadır.

Qeyd edək ki, XXI turun əvvəlki matçlarında "Turan Tovuz" "Zirə"ni, "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı (hər ikisi 2:0) məğlub edib. "Sumqayıt" - "Qəbələ" qarşılaşması qolsuz başa çatıb. Turun "Neftçi" - "Qarabağ" oyunu qeyri-müəyyən müddətə təxirə salınıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları