SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Qubada Bədən Tərbiyəsi və İdman günü qeyd olunub

Qubada Bədən Tərbiyəsi və İdman günü qeyd olunub

Quba

Quba şəhərində 5 mart - Bədən Tərbiyəsi və İdman gününə həsr olunmuş tədbir keçirilib.

Yurd.Media xəbər verir ki, tədbirdən əvvəl Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Regional Gənclər və İdman İdarəsinin rəisi Qumru Məmmədova, idmançılar və gənclər tərəfindən Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında Ulu Öndərin abidəsi ziyarət olunub, xatirəsi ehtiramla yad edilib.

Quba Tədris, İdman və İstirahət Kompleksində təşkil olunmuş tədbirdə Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri, aidiyyəti qurumların məsul şəxsləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, tələbələr, gənclər və idmançılar iştirak ediblər.

Əvvəlcə idmançıların nümunəvi çıxışları izlənilib, daha sonra çərşənbə tonqalı alovlandırııb.

Çıxış edənlər ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından, gənclərin sağlam həyat tərzinin formalaşdırılmasında bədən tərbiyəsi və idmanın mühüm rolundan bəhs etmiş, idmançıları 5 mart - Bədən Tərbiyəsi və İdman günü münasibətilə təbrik edərək onlara yeni-yeni uğurlar arzulayıblar.

Sonda il ərzində yüksək nəticələr əldə etmiş idmançılar fəxri fərman və diplomlarla təltif olunublar, tədbir bədii proqramla davam etdirilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları