SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Azərbaycan Premyer Liqası: Yevlaxda Qərb derbisi

Azərbaycan Premyer Liqası: Yevlaxda Qərb derbisi

  • 15 mart 2026, 10:58
Yevlax

Azərbaycan Premyer Liqasında XXIV tura bu gün keçiriləcək iki oyunla yekun vurulacaq.

Yurd.Media xəbər verir ki, əvvəlcə Yevlax şəhər stadionunda "Kəpəz" "Turan Tovuz"u qəbul edəcək.

Qərb derbisi saat 15:00-da başlayacaq.

Sonra isə "Neftçi" səfərdə "Qəbələ"nin qonağı olacaq. Qəbələ şəhər stadionundakı bu matçın start fiti saat 18:00-da səslənəcək.

Avrokuboklara iddialı "Turan Tovuz" 44 xalla turnir cədvəlinin üçüncü sırasında qərarlaşıb. 31 xalı olan "Neftçi" yeddinci, 17 xala malik "Kəpəz" isə onuncudur. Gəncəlilərdən 1 xal az toplayan "Qəbələ" isə on birinci yerdədir.

Qeyd edək ki, daha əvvək keçirilən görüşlərdə "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı (2:1), "Şamaxı" "Sumqayıt"ı (1:0), "Sabah" "İmişli"nu (5:0), "Qarabağ" "Zirə"ni (3:1) məğlub edib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları